
Aşağı mərtəbədə yanğın baş verərkən qadının sakitcə ev işləri görməsi müzakirə yaradıb
Sosial şəbəkələrdə yayılan maraqlı görüntülər izləyənlərin təəccübünə səbəb olub. Belə ki, binada yanğın baş verdiyi an qadın soyuqqanlılığını qoruyub.
Sosial şəbəkələrdə yayılan qeyri-adi görüntülər izləyicilərin müzakirəsinə səbəb olub və maraq doğurub.
Kadrlardan bəlli olur ki, yaşayış binasında yanğın baş verib və fövqəladə hadisə zamanı bir kişi mənzildən sağ-salamat çıxarılıb. Alov söndürülsə də, diqqət çəkən əsas məqam evdəki qadının davranışı olub.
Belə ki, qadın yaranan real təhlükəyə və həyəcanlı duruma baxmayaraq, son dərəcə sakitliyini qoruyub və ev işlərini görməyə davam edib. Onun bu soyuqqanlı hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif şərhlərlə qarşılanıb.



