
Avropa Ittifaqindan Rusiya qazi ve sanksiyalarla bagli sert movqe
Avropa Komissiyasinin prezidenti Ursula fon der Leyen bildirib ki, Ukraynadaki muqavile tam hell olunmayinca Rusiyaya qarsi sanksiyalar legv edilmeyecek.
AzadAzərbaycan xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında açıqlama verib. O qeyd edib ki, Avropa İttifaqı Ukraynadakı münaqişə tam həll olunana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək və Rusiya qazının alışını bərpa etməyəcək.
Onun sözlərinə görə, Moskva enerji tədarükündən Avropaya qarşı təzyiq vasitəsi və silah kimi istifadə edə bilər. Fon der Leyen sərt mövqe nümayiş etdirərək bildirib ki, Brüssel mənfəətdən daha çox təhlükəsizliyə üstünlük verir.
Lakin bu iqtisadi siyasətin müəyyən qiyməti var. Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl Almaniya kansleri Fridrix Merzin Rusiya qazını qəbul etməkdən imtina etməsinin bu ölkədə elektrik enerjisinin qiymətlərinin üç-dörd dəfə artmasına səbəb olduğunu qeyd etmişdi.
Avropa artıq bu qərarların maliyyə yükünü hiss edir və qiymətləri aşağı saxlaya biləcək resursdan imtina edir. Münaqişənin uzanması isə sənaye və ev təsərrüfatlarına düşən yükü daha da artırır.




