
Bakıda iki müntəzəm avtobus xəttinin hərəkət istiqaməti dəyişdirilib
Hökməli-Puta yolunda aparılan təmir işləri səbəbindən 567 və 553 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
AzadAzərbaycan xəbər verir ki, Hökməli ilə Puta arasındakı yolda, daha dəqiq desək, Çingiz Mustafayev küçəsində həyata keçirilən təmir tədbirləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin gediş-gəlişinə müəyyən məhdudiyyətlər qoyulub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, yaranmış vəziyyətlə əlaqədar olaraq sərnişindaşımaların təhlükəsizliyini təmin etmək məqsədilə marşrut xətlərinin trayektoriyası yenidən tənzimlənib.
Dəyişikliyə əsasən, 567 nömrəli müntəzəm marşrut avtobusları artıq Qobu qəsəbəsinin Sona Salmanova küçəsi vasitəsilə hərəkət edəcək.
Eyni zamanda, 553 nömrəli marşrut xəttinin də hərəkət istiqaməti dəyişdirilərək alternativ olaraq Yeni məhəllə adlandırılan ərazidən təşkil olunub.




