
Azərbaycan Neft Fondu texnologiya şirkətlərinə yatırımlarını artırıb
Azərbaycan Dövlət Neft Fondunun telekommunikasiya və informasiya texnologiyaları sektoruna yönəlmiş investisiyalarının ümumi dəyəri artıb.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələrin səhmlərinə yatırdığı vəsaitlərin ümumi həcmi 8 milyard 986 milyon 116 min manata çatıb.
AzadAzərbaycan xəbər verir ki, cari ilin əvvəlinə olan maliyyə göstəricilərinə əsasən, sözügedən investisiyaların dəyəri əvvəlki illə müqayisədə 18,8 faiz artıb.
Ötən il ərzində Fondun ən iri on səhm investisiyası siyahısında texnologiya sektorunu təmsil edən şirkətlərin sayı yeddiyə yüksəlib.
Ən böyük sərmayə "NVIDIA Corporation" şirkətinin səhmlərinə yönəldilib və bu rəqəm 1 milyard 334 milyon 954 min manat təşkil edib.
Siyahıda növbəti yerləri "Apple Inc.", "Microsoft Corporation", "Alphabet Inc.", "Broadcom Inc.", "Meta Platforms, Inc." və "ASML Holding NV" şirkətləri tutub.

