
Azərbaycan və BƏƏ müdafiə nazirlikləri arasında yeni Yol Xəritəsi imzalanıb
Redaksiya1 dəq oxu
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin növbəti iclası baş tutub.
Görüş zamanı beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Elçin Abdullayev BƏƏ Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə bir araya gelib. Tərəflər hərbi sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Danışıqların nəticəsi olaraq, hər iki ölkənin müdafiə qurumları arasında Komitənin ikinci iclasının Protokolu və 2027-2029-cu illəri əhatə edən əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.




