
Tanınmış politoloq Rufiz Qonaqova ağır itki üz verib
Redaksiya1 dəq oxu
Politoloq Rufiz Qonaqovun əmisi Telman Qonaqov uzun sürən xəstəlikdən sonra vəfat edib.
AzadAzərbaycan xəbər verir ki, Perspektiv Siyasətin Texnologiyaları İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru və politoloq Rufiz Qonaqovun ailəsində ağır itki baş verib.
Məlumata görə, ictimai xadimin əmisi Telman İsmayıl oğlu Qonaqov uzun müddətdir əziyyət çəkdiyi xəstəlik səbəbindən həyatını itirib.
Mərhum bu gün Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunaraq son mənzilə yola salınacaq.




