
Azərbaycanın U-16 milli komandası Hövsan Kompleksində ilk məşqini reallaşdırıb
FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşan Azərbaycanın U-16 milli komandası Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa edilən Hövsan Yarış Kompleksində ilk məşqini gerçəkləşdirib.
Hazırlıq prosesindən öncə A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə bir araya gələrək onlara qarşıdakı turnirdə uğurlar arzulayıb.
Mütəxəssis gənc oyunçulara olan etimadının böyük olduğunu vurğulayıb: 15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir.
Daha sonra Ayxan Abbasov yığmanın məşq prosesini yaxından izləyib.
Xatırladaq ki, Azərbaycan millisi turnirdə ilk matçını oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor kollektivinə qarşı keçirəcək. Komanda qrup mərhələsində həmçinin Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə qüvvəsini sınayacaq.




