
Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmənin qərarı açıqlanıb
Yalova Məhkəməsi müğənni Güllünün ölümü ilə bağlı qızı Tuğyan Ülkəm Gülterə verilən ömürlük həbs cəzasının əsaslandırılmış qərarını açıqlayıb.
Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi məşhur müğənni Güllünün ölümü ilə əlaqədar qızı Tuğyan Ülkəm Gülter barəsində çıxarılan ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarını elan edib.
Məhkəmə instansiyası araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin anasını pəncərədən itələdiyi qənaətinə gəlib. Qərarın qəbul edilməsində şahid Sultan Nur Ulunun ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyləri əsas götürülüb. Aparılan ekspertiza zamanı pəncərə kənarında hər hansı sürüşmə izi və ya maddə qalıqları aşkar olunmayıb.
Bununla belə, məhkəmə cinayətin əvvəlcədən planlaşdırıldığına dair kifayət qədər sübutun tapılmadığını qeyd edib. Tərəflərin qərardan iki həftə ərzində apellyasiya şikayəti vermək hüququ var.
Xatırladaq ki, sənətçi 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonundakı yaşayış binasının pəncərəsindən düşərək həyatını itirib. Vəkil isə çıxarılan hökmdən narazı qaldıqlarını və şikayət edəcəklərini bildirib.




