
Barak Obama Donald Trampı fırıldaqçılıqda və bacarıqsızlıqda ittiham etdi
ABŞ-ın sabiq prezidenti Barak Obama Demokratlar Partiyasının tədbirində Donald Trampın idarəçiliyini sert tənqid edərək xaos və korrupsiya ilə yadda qaldığını bildirib.
ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama Demokratlar Partiyasının seçki kampaniyası çərçivəsində təşkil olunan tədbirdə çıxış edərkən ölkədəki son iki ilin korrupsiya, qəddarlıq və xaosla yadda qaldığını diqqətə çatdırıb.
AzadAzərbaycan xəbər verir ki, sabiq prezident Donald Trampın xüsusilə xarici siyasətdə səhv addımlar atdığını iddia edib. Onun sözlərinə görə, Tramp administrasiyası İranda heç kimin dəstəkləmədiyi və səs vermədiyi lüzumsuz bir hərbi münaqişəyə zəmin yaradıb.
Birləşmiş Ştatlar tarixində bu dərəcədə aşkar fırıldaqçılıqla uğur qazanan başqa bir rəhbərin olmadığını deyən Obama, mövcud hakimiyyəti bacarıqsızlıqda günahlandırıb. O, həmçinin Trampın xalqın mənafeyindən daha çox Ağ Evin daxili tərtibatı və təmiri ilə maraqlandığını istehza ilə qeyd edib.




