
Ukraynalı diplomat ABŞ seçkilərindən sonra gözlənilən dəyişikliklərdən danışıb
Rusiya Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Oqrızko ABŞ-dakı seçkilərdən sonra Ukrayna ətrafında baş verə biləcək prosesləri şərh edib.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Araşdırmalar Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko ABŞ Konqresinə seçkilərdən sonra Ukraynanı gözləyən dəyişikliklər barədə danışıb.
O, Ukraynanın Rusiya ərazisindəki strateji obyektlərə, o cümlədən neft emalı zavodlarına və enerji infrastrukturlarına zərbələri davam etdirməsinin vacibliyini vurğulayıb. Diplomat hesab edir ki, bu cür addımlar psixoloji gərginliyi azaltmaq üçün vacibdir.
Onun sözlərinə görə, ABŞ-da siyasi vəziyyət dəyişdikdən sonra Donald Tramp üçün çətin dövr başlaya bilər. Konqresin yeni tərkibi xarici siyasət və maliyyə məsələlərində Ağ Ev rəhbərinə təsir imkanlarına malik olacaq.
Oqrızko əlavə edib ki, ABŞ seçkilərindən sonra bir çox məqam dəyişəcək, lakin əsas nəticələr yeni Konqresin və Senatın ilk iclaslarının keçiriləcəyi vaxt hiss olunacaq.




