
İspaniyada qatarların toqquşması nəticəsində 10 nəfər həyatını itirib
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda yaralı var.
İspaniyanın Toledo əyalətində yerləşən Urda stansiyası yaxınlığında ağır dəmir yolu qəzası baş verib. İki qatarın toqquşması nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Bədbəxt hadisə ilə bağlı açıqlama verən Kastiliya-La-Mança regional hökumətinin mətbuat katibi Ester Padilya bildiri ki, qəza zamanı xəsarət alanların sayı kifayət qədər çoxdur.
Hadisəyə cəlb olunan qatarlardan birinin "Renfe", digərinin isə "Iryo" şirkətinə məxsus olduğu dəqiqləşdirilib. Baş verən qəzadan sonra "Renfe" şirkəti Madrid, Syudad-Real və Andalusiya istiqamətləri üzrə qatarların hərəkətinin müvəqqəti dayandırıldığını bəyan edib.




