
ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan gəmini məhv edib
Redaksiya1 dəq oxu
ABŞ-ın Cənub Komandanlığı Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib.
AzadAzərbaycan xəbər verir ki, çərşənbə günü ABŞ silahlı qüvvələri Sakit Okeanın şərq hissəsində narkokartellərə məxsus növbəti gəmini sıradan çıxarıb.
ABŞ-ın Cənub Komandanlığının yayımladığı məlumata əsasən, Qərb Yarımkürəsinin Birgə Operativ Qüvvələri qeyd edilən ərazidə narkotik daşınması üçün istifadə olunan sürətli gəmiyə qarşı hərbi əməliyyat həyata keçirib.
Kəşfiyyat qurumlarının təsdiqlədiyi məlumatlar gəminin birbaşa qanunsuz maddələrin daşınmasında iştirak etdiyini sübut edib. Həyata keçirilən zərbə nəticəsində beş nəfər narkoterrorçu zərərsizləşdirilib.




