
İran parlamentinin sədri Müctəba Xameneinin səhhətindən danışıb
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkənin Ali lideri Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu və vəziyyətə tam nəzarət etdiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, İranın Ali lideri Müctəba Xameneinin səhhətində heç bir problem yoxdur və o, hazırkı vəziyyətə tam nəzarət edir.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün Teleqram kanalında məlumat paylaşıb.
O qeyd edib ki, bir gün əvvəl Müctəba Xamenei ilə görüşüb və onu olduqca gümrah, eləcə də mənəvi cəhətdən sakit vəziyyətdə görüb.
Parlament sədrinin sözlərinə görə, yaşanan ağır itkilərə baxmayaraq, liderin nümayiş etdirdiyi iradə onun Allaha inamının və xalqa olan etimadının göstəricisidir.




