
Azərbaycan-Türkiyə həmrəyliyi Türk dünyasının gələcəyi üçün vacibdir
Türkiyənin MHP sədri Dövlət Bağçalı Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovla görüşüb.
Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin qorunması və həmrəyliyin daha da gücləndirilməsi bütün Türk dünyasının ortaq gələcəyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.
AzadAzərbaycan xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovla keçirdiyi görüş zamanı dile gətirib.
Görüşün təfərrüatları barədə səfir özünün sosial şəbəkə hesabında paylaşım edərək ictimaiyyətə məlumat verib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını MHP sədrinə çatdırıb və iki ölkənin qardaşlıq münasibətlərinin müdafiəsinə verdiyi dəstəyə görə dövlət başçısının minnətdarlığını bildirib.
Öz növbəsində Dövlət Bağçalı da səfir vasitəsilə Azərbaycan Prezidentinə salamlarını çatdırmağı xahiş edərək hər zaman ölkəmizin yanında olmağa davam edəcəyini vurğulayıb.




