
Milli Məclisin növbəti iclasında müzakirə olunacaq qanun layihələri məlum olub
Redaksiya1 dəq oxu
Parlamentin oktyabrın 27-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.
Azərbaycan Respublikasının Milli Məclisi növbəti plenar iclasına hazırlaşır.
AzadAzərbaycan xəbər verir ki, parlamentin oktyabrın 27 tarixinə təyin olunan iclasının gündəliyinə müxtəlif qanunvericilik aktlarına təklif edilən dəyişikliklər daxil edilib.
Siyahıda Əmək Məcəlləsi, Mülki Məcəllə, Miqrasiya Məcəlləsi, eləcə də "Aviasiya haqqında", "Banklar haqqında", "İcra haqqında" və digər mühüm qanunlara dəyişiklik layihələri yer alıb.
Sənədlər parlamentdə müxtəlif oxunuşlarda müzakirəyə çıxarılacaq.




