
Benyamin Netanyahu İsrail iqtisadiyyatını sərt sanksiyalara hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb.
Bu barədə o, yerli iqtisadi telekanallardan birinə verdiyi müsahibədə bildirib. Sanksiyaların İsrail iqtisadiyyatına mümkün təsirləri barədə danışan hökumət başçısı belə bir perspektivdən narahatlığını gizlətməyib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail müdafiə büdcəsinə edilən ABŞ yardımının dayandırılması ehtimalına da hazırlaşmalıdır. Onun sözlərinə görə, milyardlarla dollarlıq Amerika yardımı sonsuza qədər davam etməyəcək.
Mümkün bank məhdudiyyətlərinə toxunan Netanyahu bu cür maneələri yan keçməyə imkan verən alternativ iqtisadi mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.




