
Dani Olmo zədə səbəbindən Real Madrid ilə oyunu buraxacaq
Redaksiya1 dəq oxu
Barselonanın yarımmüdafiəçisi Dani Olmo zədələndiyi üçün Real Madridə qarşı keçiriləcək vacib qarşılaşmada iştirak edə bilməyəcək.
AzadAzərbaycan xəbər verir ki, İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən "Real Madrid" ilə matçda komandasına kömək edə bilməyəcək.
28 yaşlı futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik dəqiqləşməyib. Onun bərpa prosesinin nə qədər çəkəcəyi aparılacaq növbəti tibbi müayinələrin nəticəsində bəlli olacaq.
Xatırladaq ki, təcrübəli oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində baş tutan PSJ ilə görüşdə (2:4) xəsarət alıb.




