
İrandan ABŞ-a təklif: Blokada ləğv edilərsə, Hörmüz boğazı açılacaq
Redaksiya1 dəq oxu
İran ABŞ-a liman blokadasının aradan qaldırılması qarşılığında Hörmüz boğazında gəmiçilik fəaliyyətini bərpa etməyi təklif edib.
AzadAzərbaycan xəbər verir ki, İran Vaşinqtona ölkə limanlarına qarşı tətbiq olunan embarqonun qaldırılması müqabilində Hörmüz boğazında gəmiçilik fəaliyyətini bərpa etmək imkanı təklif edib.
Məlumata görə, Tehran bu təklifi Pakistanın vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırıb. Eyni zamanda, İran rəsmiləri Pakistana Vaşinqtonla birbaşa danışıqları yenidən başlamağa hazır olduqlarını da bildiriblər.
Bununla belə, İran tərəfi hələlik sözügedən məlumatla bağlı rəsmi şərh verməyib.




