
Ceyms Devid Vens İrana qarşı müharibədə uduzduqlarını etiraf edib
Redaksiya1 dəq oxu
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin İrana qarşı müharibədə məğlubiyyətini qəbul edib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla qarşıdurmada məğlub olduqlarını etiraf edib. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi məlumat verib.
Onun sözlərinə görə, Vaşinqtonun İrana ünvanlanmış siyasəti Birləşmiş Ştatlar üçün ağır siyasi nəticələrə səbəb olub.
Xatırladaq ki, daha əvvəl də Vens seçki prosesində İrana qarşı başladılan müharibə nəticəsində məğlubiyyətlə üzləşdiklərini dilə gətirmişdi.




