
Sabahın hava proqnozu açıqlandı: Bakıda yağış yağacaq
Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə havanın yağmurlu keçəcəyi gözlənilir.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, zaman-zaman tutulacaq. Günün ilk yarısında bəzi ərazilərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimal edilir. Bölgədə şimal-şərq və şərq küləkləri hakim olacaq. Havanın hərarəti gecə saatlarında 13-15° isti, gündüz isə 15-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz civarında dəyişəcək.
Azərbaycanın digər rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntıların ayrı-ayrı bölgələrdə qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 12-16° isti, gündüz 17-20° isti olacağı bildirilir. Dağlıq bölgələrdə isə temperatur gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək.




