
İsrail iki hərbçisinin ölümündən sonra İordan çayının qərb sahilinə qoşun yeritdi
Hebron yaxınlığında iki israilli hərbçinin öldürülməsinin ardından İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata başlayıb.
İsrail ordusu iki hərbçisinin Hebron şəhəri yaxınlığında öldürülməsinə cavab olaraq İordan çayının qərb sahilinə əlavə qüvvələr yeritdi.
AzadAzərbaycan xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Hebron və Halhul şəhərlərinin bütöv məhəllələrinin mühasirəyə alınması, eləcə də sakinlərin köçürülməsi barədə əmr verib.
Hökumət başçısı bəyan edib ki, hərbçilərin ölümünə səbəb olan hücumun təşkil olunduğu məhəllə tamamilə məhv ediləcək və yenidən qurulacaq.
Netanyahu bu genişmiqyaslı əməliyyatın miqyasını yalnız 1967-ci ildə baş verən və 300 mindən çox fələstinlinin köçürülməsi ilə nəticələnən tarixi hadisələrlə müqayisə etmək mümkün olduğunu bildirib.
Xatırladaq ki, insident əvvəlki gün iki fələstinlinin İsrail hərbi postuna atəş açması nəticəsində iki hərbçinin həlak olması ilə başlanıb.




