
Məkkə və Mədinə yaxınlığına ballistik raket qalıqları düşüb
Husilərin atdığı və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirdiyi raketlərin qalıqları müqəddəs şəhərlərə düşüb.
AzadAzərbaycan xəbər verir ki, husilər tərəfindən buraxılan və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilən iki ballistik raketin qalıqları krallığın qərb bölgəsində yerləşən müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinin yaxınlığına düşüb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin yaydığı məlumata əsasən, zərərsizləşdirilən raketlərin qalıqları təkcə həmin şəhərlərə deyil, həmçinin Ciddə, Taif və Rabiq kimi bir neçə digər əraziyə də səpələnib.
Yerli hakimiyyət orqanları baş verən bu cür təhlükəli hücumların qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildiriblər.




