
Tanınmış müğənni Rafət El Romanın azərbaycanlı nişanlısı bilinib
Redaksiya1 dəq oxu
Türkiyəli məşhur ifaçı Rafət El Romanın evlilik hazırlığı gördüyü azərbaycanlı nişanlısının şəxsiyyəti məlum olub.
Türkiyəli tanınmış müğənni Rafət El Romanın ailə həyatı qurmağa hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub.
AzadAzərbaycan xəbər verir ki, sənətçi Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkə platformalarında cütlüyün birgə çəkdirdikləri fotolar da paylaşıb.
Yayılan məlumatlara əsasən, Rəhimənin 32 yaşı var və o, tibb bacısı peşəsi ilə məşğuldur. Cütlüyün 2020-ci ildə pandemiya dövründə tanış olduğu ehtimal edilir.
Xatırladaq ki, Rafət El Roman bundan əvvəl iki dəfə nikah bağlayıb və bu evliliklərdən üç övladı var.




