
Payızda gümrah oyanmağın və yuxu keyfiyyətini artırmağın yolları
Payız aylarında yuxu rejimini tənzimləmək və səhərlər daha enerjili oyanmaq üçün bəzi sadə qaydalara əməl etmək vacibdir.
AzadAzərbaycan xəbər verir ki, payız mövsümündə havaların soyuması və günlərin qısalması insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu keyfiyyətini qorumaq və səhərlər yorğunluq hiss etməmək üçün yatmazdan əvvəl müəyyən qaydalara riayət etmək tövsiyə olunur.
İlk növbədə, yuxudan əvvəl otağı qısa müddətə havalandırmaq vacibdir. Təmiz hava rahat yuxu mühiti yaradır. Eyni zamanda, ilıq duş qəbul etmək bədənin rahatlamasına və yuxuya tez getməyə kömək edir.
Mütəxəssislər yatmazdan əvvəl telefon və televizordan istifadəni məhdudlaşdırmağı məsləhət görürlər. Ekranlardan gələn işıq bioloji ritmə mənfi təsir göstərir. Gecə saatlarında ağır və yağlı yeməklərdən də uzaq durmaq lazımdır.
Axşam saatlarında kofeinsiz bitki çayı və ya ilıq süd içmək sakitləşməyə kömək edə bilər. Həmçinin yataq otağının temperaturunu optimal səviyyədə saxlamaq və hər gün eyni vaxtda yatıb-oyanmaq orqanizmin dincəlməsi üçün əsas şərtlərdəndir.




