
Tanınmış müğənninin qızı Qumralın səhhətində problemlər yaranıb
Müğənni Təranə Qumralın qızı Qumral səhhətinin pisləşməsi səbəbindən konsert proqramlarını təxirə salıb.
AzadAzərbaycan xəbər verir ki, müğənni Təranə Qumralın qızı Qumral səhhətində yaranan ciddi narahatlıq səbəbindən planlaşdırılan çıxışlarını təxirə salmaq məcburiyyətində qalıb.
O, sosial şəbəkə hesabında paylaşdığı videoda həmin gün səhnə almalı olduğu restoranlardan üzrlü sayılmasını xahiş edib. Qumral ayağa qalxmağa belə halının olmadığını, ürəyində sıxıntı hiss etdiyini və tənginəfəslik yaşadığını diqqətə çatdırıb.
Sənətçinin övladı vəziyyətinin tezliklə düzələcəyinə ümid etdiyini və sabah yenidən iş başına qayıtmağı planlaşdırdığını qeyd edib. Lakin onun yataqdan yayımladığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və müxtəlif müzakirələrə səbəb olub.

