
Toy mərasimində qeydə alınan maraqlı anlar sosial şəbəkələrdə maraq doğurub
Toy mərasimlərindən birində gəlinin zala daxil olarkən yaratdığı qeyri-adi və maraqlı görüntülər izləyicilərin diqqətini çəkib.
Toy mərasimlərindən birində qeydə alınan maraqlı görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etməyi bacarıb.
AzadAzərbaycan xəbər verir ki, gəlinin toy zalına daxil olduğu an gözlənilməz və maraqlı mənzərə yaranıb. Belə ki, bəy və gəlin birlikdə zala doğru irəliləyərkən məclis iştirakçılarından olan ata və oğul da onların yanında addımlamağa başlayıb.
Dörd nəfərin eyni anda yan-yana hərəkət etməsi olduqca maraqlı kadrların yaranmasına səbəb olub. Həmin anları əks etdirən video sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirə olunub.
İzləyicilər tərəfindən həmin görüntülərə çoxsaylı şərhlər yazılıb və toyda yaşanan bu qeyri-adi anlar günün müzakirə mövzusuna çevrilib.




