
Vəzifəsindən azad edilən Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı
Bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubovla bağlı araşdırmalara başlanılıb.
AzadAzərbaycan xəbər verir ki, bir müddət əvvəl Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsindən uzaqlaşdırılan Elçin Yusubov barəsində yeni təfərrüatlar üzə çıxıb.
Məlumata görə, son altı ay ərzində Maliyyə Nazirliyi tərəfindən həmin qurumun fəaliyyəti istiqamətində yoxlamalar aparılıb. Proses zamanı müxtəlif maliyyə pozuntuları, təyinatından kənar xərcləmələr və digər nöqsanlar aşkarlanıb.
Yoxlamanın nəticəsində toplanan sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.
Yaranmış vəziyyətlə əlaqədar olaraq sabiq xüsusi nümayəndə Elçin Yusubovun da aidiyyəti idarəyə dəvət edildiyi bildirilir.




