
Tramp Rusiyada saxlanılan ABŞ vətəndaşının yaxın zamanda azad olunacağını bildirdi
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalılardan birinin çox tezliklə sərbəst buraxıla biləcəyini bəyan edib.
Ağ Evdə media nümayəndələri ilə görüşən ABŞ Prezidenti Donald Tramp Rusiyada saxlanılan Amerika vətəndaşının tezliklə azadlığa qovuşa biləcəyini diqqətə çatdırıb.
Birləşmiş Ştatlar lideri azadlığa buraxılması gözlənilən həmin şəxsin kimliyini və adını hələlik ictimaiyyətə açıqlamaqdan çəkinib.
Tramp qeyd edib ki, rəsmi Vaşinqton bu məsələ ilə bağlı çoxdan fəaliyyət aparır və hətta onun yenidən prezident postuna gəlməsindən əvvəl də proses davam etdirilib.
Ağ Ev rəhbəri vəziyyəti qiymətləndirərkən bildirib ki, hadisələrin inkişafını gözləmək lazımdır və azad olunma prosesi çox yaxın zaman kəsiyində baş verəcək.



