
Azərbaycana qarşı təxribatçılığı ilə seçilən Fəxrəddin Taşkaya barəsində cinayət işi başlanıb
Şimali Kipr və Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Türkiyə vətəndaşı Fəxrəddin Taşkaya barəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb.
Vaxtilə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı sərt və qərəzli çıxışları ilə diqqət çəkən Türkiyə vətəndaşı Fəxrəddin Taşkaya indi də Azərbaycana qarşı yönəlmiş əsassız iddialarla gündəmə gəlməyə çalışır. İş adamı olan və səhiyyə, təhsil sahələrində fəaliyyət göstərən Taşkaya əvvəllər Səadət Partiyasından deputatlığa namizəd olub.
Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan şəxs özünü hakimiyyət dairələrinə yaxın kimi qələmə verməyə cəhd edib. O, Trabzonun Of ilçəsindən olduğunu iddia edərək özünü tanınmış Saral soyadına calaq etməyə çalışıb. Lakin Saral nəslinin nümayəndələri ilə keçirilən görüşdən sonra onun bu ailə ilə heç bir əlaqəsinin olmadığı üzə çıxıb və o, iddialarından əl çəkməyə məcbur qalıb.
Fəxrəddin Taşkayanın Türkiyə prezidentinin baş müşaviri Oqtay Saralın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərdən sonra yenidən aktivləşməsi diqqətçəkən məqamlardandır.
Baş verənlər fonunda Azərbaycan Baş Prokurorluğu Fəxrəddin Taşkaya barəsində rəsmi olaraq cinayət işi açıb.



