
90-cı illərin məşhur türkiyəli müğənnisi Bendenizin son görüntüləri maraq doğurdu
Türkiyənin 90-cı illərdə tanınan məşhur müğənnisi Bendenizin illər sonra ortaya çıxan yeni görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Türkiyənin 1990-cı illərdə şöhrət qazanan pop ulduzlarından biri olan Bendeniz uzun fasilədən sonra yenidən gündəmə gəlib.
Bir zamanlar hit mahnıları və fərqli tərzi ilə hər kəsin rəğbətini qazanan sənətçinin son halı izləyicilərin diqqətini çəkib. İfaçının illər sonra lentə alınan yeni kadrları sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə paylaşılıb və müzakirə olunub.
Xatırladaq ki, Bendeniz ötən əsrin 90-cı illərində Türkiyə musiqi səhnəsinin parlayan ulduzlarından biri idi və ifa etdiyi populyar mahnılarla böyük sevgiyə layiq görülmüşdü.




