
Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva görüşü
Redaksiya1 dəq oxu
Türkmənistanın paytaxtı Aşqabadda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə üçtərəfli görüş keçirilib.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində əhəmiyyətli görüş baş tutub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva bir araya gəliblər.
Görüş zamanı müvafiq sahələr üzrə əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.




