
İrandan qlobal internet və enerji sistemi ilə bağlı təhdid
Redaksiya1 dəq oxu
İran SEPAH-ın bəyanatında Hörmüz boğazından keçən sualtı internet kabellərinin hədəfə alına biləcəyi xəbərdarlığı edilib.
AzadAzərbaycan xəbər verir ki, Hörmüz boğazından keçən sualtı internet kabelləri İranın növbəti hədəfinə çevrilə bilər. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunub.
Bəyanatda hərbi qarşıdurma ehtimalının istisna edilmədiyi vurğulanıb. Bildirilib ki, ABŞ-ı ciddi problemlər gözləyir və dünya miqyasında enerji böhranı yarana bilər.
Həmçinin qeyd olunub ki, müharibənin yeni mərhələsində müxtəlif silah növləri nümayiş olunacaq. Qlobal internet və ticarət məlumatlarının ötürülməsini təmin edən yeddi əsas kabelin Hörmüz boğazından keçdiyi xatırladılıb.




