
Azərbaycan Premyer Liqasında doqquzuncu tura bu gün yekun vurulacaq
Misli Premyer Liqasında IX turun son oyun günü çərçivəsində iki maraqlı qarşılaşma keçiriləcək.
Azərbaycan Premyer Liqasında IX tura bu gün iki matçla yekun vurulacaq.
AzadAzərbaycan xəbər verir ki, günün ilk qarşılaşmasında "İmişli" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyun saat 15:00-da başlayacaq. Hazırda Şamaxı təmsilçisi 13 xalla yeddinci, yeddian xalı olan "İmişli" isə doqquzuncu pillədə qərarlaşıb.
Günün digər görüşündə isə "Sabah" "Dalğa Arena"da lider "Qarabağ"ı sınağa çəkəcək. Saat 18:00-da start götürəcək bu matçdan öncə "Sabah" 19 xalla birinci, 17 xala malik Ağdam klubu isə üçüncü yerdədir.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı 2:1, "Zirə" "Sumqayıt"ı 3:2, "Kəpəz" isə "Şəfa"nı 2:1 hesabıyla məğlub edib. "Neftçi" ilə "Turan Tovuz"un duelində isə qalib müəyyənləşməyib və matç 1:1 hesabı ilə başa çatıb.




