
Astanada keçirilən dünya çempionatında dörd güləşçimiz xalçaya çıxacaq
Redaksiya1 dəq oxu
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı start götürür. Yarışın ilk günündə Azərbaycanın dörd yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
AzadAzərbaycan xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatına bu gün start veriləcək. Mötəbər yarışın ilk günündə yunan-Roma güləşçiləri qələbə uğrunda mübarizə aparacaqlar.
Azərbaycan milli komandasının dörd təmsilçisi bu gün ilk qarşılaşmalarına çıxacaq. Xalça üzərinə dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) çıxacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir noyabrın 1-də başa çatacaq.




