
Bakı-Quba yolunda yük maşını aşdı, qoyunlar tələf oldu
Redaksiya1 dəq oxu
Bakı-Quba magistralında təkəri partlayan yük avtomobilinin aşması nəticəsində qəza baş verib, daşınan heyvanlar ölüb.
AzadAzərbaycan xəbər verir ki, Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oktyabrın 25-i səhər saatlarında "Stansiya Sumqayıt" yaxınlığında hərəkətdə olan "Mercedes Atego" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
Şahidlərin verdiyi məlumata görə, qəzaya nəqliyyat vasitəsinin təkərinin qəfil partlaması səbəb olub.
Qəza nəticəsində maşının yük yerində olan xeyli sayda qoyun tələf olub.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, aşan avtomobil yoldan kənarlaşdırılıb və araşdırmalara başlanılıb.




