
2027-ci il Şərq təqviminə görə hansı heyvan ili olacaq
Redaksiya1 dəq oxu
Şərq təqviminə əsasən 2027-ci il Alovlu Keçi ili kimi qeyd olunacaq və bu dövrün özünəməxsus xüsusiyyətləri açıqlanıb.
Şərq təqviminin hesablamalarına əsasən, 2027-ci il Alovlu Keçi ili kimi qiymətləndirilir.
AzadAzərbaycan xəbər verir ki, bu dövr 2027-ci il fevralın 6-dan başlayaraq 2028-ci il yanvarın 25-dək davam edəcək.
Keçi ilinin əsas xüsusiyyətləri sırasına mehribanlıq, sülhsevərlik, yaradıcılıq potensialı, həssaslıq, səbir və daxili güc daxildir.
Qeyd edək ki, Şərq təqvimində illər 12 illik heyvan dövriyyəsinə əsaslanır və hər dövr müəyyən ardıcıllıqla təkrarlanır.




