
Barak Obama Donald Tramp dövründə Ağ Evdə edilən dəyişiklikləri tənqid edib
ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evin daxili görünüşündə və təmirində baş verən dəyişiklikləri sərt şəkildə tənqid edib.
ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın administrasiyası dövründə Ağ Evin görünüşündə baş verən dəyişiklikləri tənqid edib. O, öz təəssüratlarını Ohayo ştatının Klivlend şəhərində Demokratik Partiyanın seçkiqabağı mitinqində bölüşüb.
Obamanın sözlərinə görə, təmir zamanı dövlət başçısının iqamətgahı həddən artıq möhtəşəm olub. Eks-prezident qeyd edib ki, bu dəyişikliklərə Ağ Evin özündən böyük bal zalı və Cənub çəmənliyindəki helikopter meydançası daxildir.
O, Ağ Evi həddindən artıq qızıl dekorasiyalara görə tənqid edərək fərqli bənzətmələr işlədib. Siyasətçi qeyd edib ki, Trampın təmir və dizayna olan həvəsi səbəbindən iqamətgah əsl evdən daha çox daşınmaz əmlak kanalını xatırladır.




