
Ailəsinin yığımlarını itirən dörd uşaq anası qurduğu bizneslə qadınlara iş yeri açdı
Ankarada aldadılaraq bütün qənaətini itirən dörd uşaq anası evdə başladığı xəngəl istehsalını böyüdərək onlarla qadını işlə təmin edən sahibkara çevrilib.
Türkiyənin Ankara vilayətinin Çubuq rayonunda yaşayan dörd uşaq anası Hülya Elma çətin həyat sınağından üzüağ çıxmağı bacarıb. Dələduzluq qurbanı olaraq ailəsinin bütün qənaətini itirən qadın ruhdan düşməyərək həyatını yenidən qurmağa qərar verib.
O, evdə mətbəx xərcləri üçün saxladığı pulla bir kiloqram qiymə və beş kiloqraf un alaraq ev şəraitində xəngəl bükməyə başlayıb. Anasının dəstəyi ilə ərsəyə gətirdiyi məhsulları satan qadın, əldə etdiyi ilk gəlirlə yenidən xammal alaraq fəaliyyətini genişləndirib.
Zaman keçdikcə xəmir yoğuran və yayan xüsusi avadanlıqlar əldə edən sahibkar kiçik ev istehsalını böyük müəssisəyə çevirib. Hazırda bu ocaqda qırxda çox yerli qadın çalışaraq ailə büdcəsinə dəstək olur.
Müəssisənin məhsul çeşidi də zamanla artıb. Xəngəllə yanaşı, yarpaq dolması, kətə, börək, paxlava və digər milli təamlar da müştərilərə təqdim olunur.
Hazırda təkcə Ankaradan deyil, Türkiyənin digər bölgələrindən və xaricdən, xüsusilə Almaniya və Fransadan da sifarişlər qəbul edilir. Əriştə və digər milli nemətlər poçt vasitəsilə xaricdə yaşayan soydaşlarımıza göndərilir.




