
Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Zirvə toplantısından danışıb
Redaksiya1 dəq oxu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısı ilə bağlı açıqlamalar verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mühüm açıqlamalarla çıxış edib.
O bildirib ki, oktyabrın 30-da, cümə günü ailə məclisi kimi dəyərləndirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən Ankarada ev sahibliyi ediləcək.
Dövlət başçısı türk dünyasının sarsılmaz qardaşlığına xələl gətirmək istəyənlərə qarşı hər zaman birlik və bərabərlik içində dayanacaqlarına inandığını vurğulayıb.




