
Canni İnfantino və Arsen Venger “Sabah” - “Qarabağ” matçını izləyiblər
Redaksiya1 dəq oxu
Misli Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Sabah” - “Qarabağ” oyununu tanınmış qonaqlar stadiondan izləyiblər.
AzadAzərbaycan xəbər verir ki, Misli Premyer Liqasının IX turunda “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Maraqlı qarşılaşmanı tribunadan izləyənlər arasında FIFA prezidenti Canni İnfantino, tanınmış futbol mütəxəssisi Arsen Venger və AFFA prezidenti Rövşən Nəcəf də yer alıblar.
Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov da matçı stadiondan izləyən rəsmi şəxslər arasında olublar.
Diqqət çəkən məqamlardan biri isə AFFA prezidenti Rövşən Nəcəfin oyunu 7 nömrəli forma ilə izləməsi olub.




