
Azərbaycanlı gənc futbolçu karyerasını İspaniyada davam etdirəcək
Redaksiya1 dəq oxu
Azərbaycanın U-17 milli komandasının üzvü Amin İmanverdiyev İspaniyanın "Mursiya" klubu ilə 3 illik müqavilə imzalayıb.
Azərbaycanlı daha bir gənc futbolçu legioner həyatı yaşamağa hazırlaşır. Ölkəmizin U-17 yığma komandasının üzvü Amin İmanverdiyev karyerasında yeni addım atıb.
Gənc hücumçu İspaniyanın III Liqasında mübarizə aparan "Mursiya" klubu ilə rəsmi razılığa gəlib. Tərəflər arasında 3 il müddətinə nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Amin İmanverdiyev "Mursiya" komandasına keçməzdən əvvəl İspaniyanın digər təmsilçisi olan "Osense" klubunun şərəfini qoruyub.




