
Qırğızıstan Səhiyyə Nazirliyi həkimlərə pul təşəkkürünə qarşı çıxıb
Qırğızıstan Səhiyyə Nazirliyi tibb işçilərinə könüllü pul təşəkkürü praktikasına qarşı çıxaraq bunun səhiyyə sisteminə mənfi təsir göstərəcəyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyi tibb işçilərinə pul təşəkkürü praktikasına etiraz edib. Respublika Səhiyyə Nazirliyinin hüquqi təminat şöbəsinin müdiri Dostonbek Sattorovun sözlərinə görə, ölkədə həkimlərin maaşları artırılıb və bölgələrdə işləyən gənc mütəxəssislər üçün xüsusi dəstək proqramları mövcuddur.
Sattorov qeyd edib ki, pul formasında könüllü minnətdarlıq zaman keçdikcə adi təcrübəyə çevrilə bilər ki, bu da səhiyyə sisteminin işinə mənfi təsir göstərə bilər. Jurnalistlərin belə vəsaitlərin rəsmi olaraq kassa vasitəsilə ödənilməsi imkanları ilə bağlı sualını cavablandıran nazirlik rəsmisi tibb müəssisələrində onsuz da pullu xidmətlər sisteminin mövcud olduğunu xatırladıb.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstanda həkimlər üçün könüllü birqə ödəniş mexanizminin tətbiq edilməsi təklif olunmuşdu. Lakin geniş ictimai müzakirələrdən sonra rəsmilər bu fikirdən imtina etmişdilər.




