
Ukraynada təbliğat videosu çəkməyə göndərilən rusiyalı hərbçi əsir düşüb
Ukrayna hərbçiləri tərəfindən əsir götürülən moskvalı kəşfiyyatçı təbliğat məqsədilə Rusiya bayrağı qaldırmalı idi.
Ukrayna Silahlı Qüvvələrinin 225-ci əlahiddə hücum alayının döyüşçüləri rusiyalı hərbçini əsir götürüblər. Məlum olub ki, komandanlıq həmin şəxsi təbliğat xarakterli video material hazırlamaq üçün Ukrayna ərazisinə göndəribmiş.
Bildirilib ki, 36-cı Moskva briqadasının kəşfiyyatçısı Zaporojye istiqamətində müəyyən edilən nöqtəyə bayraq sancmalı və işğalçı qüvvələrin guya irəlilədiyini nümayiş etdirən görüntü yaratmalı idi. Lakin planlaşdırılan təbliğat aksiyası baş tutmayıb və həmin şəxs əsir düşüb.
Yayımlanan kadrlarda əsir götürülən hərbçi ordunun sıralarına həbsxana koloniyasından qoşulduğunu etiraf edib. O, cəmi iki aylıq xidmətdən sonra belə bir tapşırıq aldığını və digər təcrübəli hərbçilərin onu ölümə göndərdikləri barədə xəbərdarlıq etdiklərini bildirib.




