
Donald Tramp seçki mitinqində qəribə səslər çıxarıb
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatındakı tədbirdə çıxışı zamanı qəribə səslər çıxarıb.
ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatının Pendleton şəhərində təşkil olunan seçki kampaniyası mitinqində qeyri-adi hərəkəti ilə diqqət çəkib.
Fox News telekanalı vasitəsilə yayımlanan tədbirdə Ağ Evin rəhbəri çıxış edərkən qəfil və qeyri-iradi şəkildə qısa bir səslər çıxarıb, daha sonra isə nitqinə heç nə olmamış kimi davam edib.
Xatırladaq ki, daha əvvəl də yanvar ayında keçirilən mətbuat konfranslarının birində siyasətçi oxşar anlaşılmaz səslər çıxarmış və üz mimikalarını dəyişmişdi.




