
Müğənni Aysun İsmayılova təbii görünüşü və tənqidlərə cavabı ilə gündəm olub
İfaçı Aysun İsmayılovanın makiyajsız və filtrlərsiz paylaşımları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, tanınmış müğənni Aysun İsmayılovanın makiyajsız halı sosial mediada geniş müzakirələrə yol açıb.
Sənətçi pərakəndə istifadəçilərin istəyini nəzərə alaraq təbii görüntüsünü paylaşıb. Lakin bu paylaşımdan sonra izləyicilər müxtəlif fikirlər səsləndirib. Bəziləri onun təbii gözəlliyini tərifləsə də, digərləri videoda filtrlərdən istifadə edildiyini və estetik müdaxilələrin olduğunu iddia ediblər.
Yazılan tənqidi şərhlərdən sonra müğənni yenidən kamera qarşısına keçərək başqa bir video yayımlayıb. O, bu dəfə heç bir filtr tətbiq etmədən təbii gözəlliyi barədə danışıb və haqqında deyilənlərə aydınlıq gətirib.
İfaçının bu addımı yenidən izləyicilərin diqqətini çəkərək müxtəlif reaksiyalarla qarşılanıb.




