
Donald Trampdan Rusiya və Ukraynaya sülh çağırışı və tarif xəbərdarlığı
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın sülh razılığına gəlməyəcəyi təqdirdə hər iki ölkəyə tariflərin tətbiq oluna biləcəyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, əgər Rusiya və Ukrayna tezliklə sülh razılığına gələ bilməsələr, hər iki dövlətə qarşı tariflər tətbiq oluna bilər.
Ağ Evin rəhbəri bu addımın münaqişələrin nizamlanmasında təsirli mexanizm olduğunu vurğulayıb. Onun sözlərinə görə, analoji tədbirlər sayəsində əvvəllər bir sıra müharibələrə son qoymaq mümkün olub.
Donald Tramp qeyd edib ki, bu cür iqtisadi təzyiq vasitəsindən Ukrayna və Rusiya münaqişəsinin həlli istiqamətində də istifadə etmək olar.




