
ABŞ və Ukrayna arasındakı gərginliyin arxasında nə dayanır?
ABŞ prezidenti Donald Trampın əsas məqsədi Vaşinqtonun müharibə xərclərini azaltmaq və Moskva ilə razılaşmadan iqtisadi fayda əldə etməkdir.
ABŞ və Ukrayna liderləri arasında yaranan gərginlik Rusiyanın xeyrinə ola bilər, lakin Ağ Evin rəhbəri Donald Trampın əsas hədəfi Vaşinqtonun müharibə xərclərini minimallaşdırmaq və Moskva ilə əməkdaşlıqdan iqtisadi qazanc əldə etməkdir.
Mətbuatda yayılan məlumatlara görə, Vaşinqton Kiyemdən ərazi güzəştləri tələb edir, eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərin sülh danışıqlarında istifadəsini nəzərdən keçirir.
Trampın Rusiya ilə dizel yanacağı təchizatı və məhdudiyyətlərin qismən aradan qaldırılması barədə razılığa gəldiyini açıqlaması iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Ukrayna prezidenti Vladimir Zelenski bu qətiyyətlə razılaşmayaraq, yanacaq satışına icazə verilməsini davam edən müharibəyə maliyyə dəstəyi kimi qiymətləndirib və tərəflər arasında fikir ayrılıqları dərinləşib.




