
İran ABŞ-a qarşı məhkəmə çəkişməsində qələbə qazanaraq ilk dəfə təzminat əldə edib
İslam inqilabından ötən 48 il ərzində ilk dəfədir ki, İran ABŞ-a qarşı məhkəmədə qalib gələrək müsadirə yolu ilə əmlak əldə edib.
İslam inqilabından sonrakı 48 il ərzində ilk dəfə olaraq İran Birləşmiş Ştatlara qarşı məhkəmə prosesində zəfər qazanaraq müsadirə yolu ilə əmlak əldə etməyə müvəffəq olub.
Bu barədə "EB Evi" qeyri-hökumət təşkilatının rəhbəri Həmid Haşemi Qolpayeqani məlumat verib.
Sözügedən hüquqi proses ABŞ-ın bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən insanlara qarşı tətbiq etdiyi məhdudiyyətlər və sanksiyalar ilə bağlıdır.
"Kəpənək xəstəliyi" olaraq bilinən bu xəstəlikdən əziyyət çəkənlər üçün zəruri sarğı materiallarının tədarükünə mane olan sanksiyalara qarşı hüquqi mübarizəyə 2018-2019-cu illərdə start verilib.
Növbəti illərdə xəstələrin ailələri tərəfindən məhkəmələrə müraciətlər edilib və aidiyyəti qurumların, o cümlədən ordunun və hərbi strukturların iştirakı ilə məsələyə ciddi şəkildə baxılıb.
Aparılan tədbirlər nəticəsində neft yükünün həbs olunduğu və məhkəmə tərəfindən müəyyənləşdirilən zərərin ödənilməsi üçün vəsaitin xəstələrin xeyrinə bölüşdürüləcəyi bildirilib.




