
Türkiyə Ermənistan sərhədindəki tarixi Ani körpüsünü bərpa edir
Redaksiya1 dəq oxu
Türkiyə Ermənistan sərhədində yerləşən və X əsrə aid edilən tarixi Ani körpüsünün bərpası üçün tender prosesi yekunlaşıb.
Türkiyə Ermənistan sərhədində, Arpaçay üzərində qərarlaşan tarixi Ani körpüsünün bərpası istiqamətində mühüm addım atılıb və müvafiq tender prosedurları başa çatdırılıb.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, sözügedən körpü Qars vilayətində yerləşən qədim Ani şəhərinin yaxınlığındadır və hələ X əsrdə Böyük İpək Yolu marşrutu üzərində inşa olunub.




