
Tanınmış rusiyalı reper Mişa Mavaşi bədbəxt hadisə nəticəsində vəfat edib
Rusiyalı ictimai xadim və keçmiş hip-hop ifaçısı Mişa Mavaşi evində silahı təmizləyərkən açılan ehtiyatsız atəş nəticəsində dünyasını dəyişib.
AzadAzərbaycan xəbər verir ki, rusiyalı ictimai xadim və keçmiş hip-hop ifaçısı Mişa Mavaşi (əsl adı Mixail Nits) 41 yaşında dünyasını dəyişib.
Hadisə sənətçinin evində qeydə alınıb. İlkin məlumata görə, reper odlu silahı təmizləyən zaman ehtiyatsızlıq edib və nəticədə baş nahiyəsindən ağır güllə yarası alıb.
Güllə onun başının sol üst hissəsinə dəyib. Təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan ifaçı dərhal reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Bütün tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.




